Putindən ilginc açıqlama: “Əvvəlcə, keçmiş arvadımı ərə verim...”- VİDEO

Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırarkən ilginc açıqlama verib.

AzNews.az-ın məlumatına görə, "Rusiyanın birinci xanımını nə zaman görə biləcəyik?" sualına cavabında V. Putin deyib: "Əvvəlcə keçmiş həyat yoldaşım Lyudmila Aleksandrovanı ərə verim, sonra özüm haqqımda düşünəcəm".

Xatırladaq ki, Vladimir və Lyudmila Putinlər bir müddət əvvəl ayrıldıqlarını bəyan etmişdilər.

AzNews.az