05:38
(077) 610-22-33

Qadın xalatında məhkəməyə gətirilən erməninin - Etirafı

  • >
1 244 17 Aprel 2014 21:11 | Region

Moskva şəhərinin Troitsk məhkəməsində Ermənistan vətəndaşı Hraçya Arutunyan Podolsk şəhəri ətrafında avtobusda baş vermiş qəza ilə bağlı günahını etiraf edib.


ANS PRESS-in məlumatına görə, Hraçya Arutunyan işin məzmununa baxılan zaman günahını etiraf edib. Prokurorun səsləndirdiyi ittihama görə, Arutyunyan əyləc sisteminin nasaz olduğunu əvvəlcədən bilə-bilə yolayrıcında yol hərəkət qaydalarını pozub. İttihama görə, müttəhim nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamayıb, həmçinin avtomobilə təkər oxlarının icazə verilən normasından artıq çınqıl yükləyib.

Həmçinin yan yoldan əsas yola girən zaman yol hərəkət qaydasını pozaraq üstünlük imkanına malik nəqliyyata yol verməyib və qarşı yola çıxıb. Nəticədə yük maşını avtobusla toqquşub və çınqıl sərnişinlərin üzərinə tökülüb. Həmçinin Arutunyanın Rusiya ərazisində işləməyə icazəsi olmayıb.

AzNews.az xəbər verir ki, 2013-cü il iyulun 13-də Rusiyanın Moskva vilayətində yük maşını ilə avtobusu vuran Hraçya Arutunyan 18 nəfərin ölümünə səbəb olmuşdu. 14 nəfər ağır zədə almışdı. İyulun 15-də Rusiya polisinin Hraçya Arutunyanı qadın xalatında məhkəməyə gətirməsi ermənilər arasında ciddi etirazlara səbəb olmuşdu.

AzNews.az
Bağla X