Türkiyədə seçki sistemi dəyişdirilə bilər. AzNews.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP millət vəkilləri qarşısında çıxışında bildirib. Əgər yeni sistem tətbiq edilməyə başlansa, seçki limiti tarixə qovuşacaq və hər bölgədən ən çox səs qazanan bir nəfər millət vəkili seçiləcək.
Qeyd edək ki, Ərdoğan sözügedən sistemi hələ 2013-cü ildə təklif etmişdi.