Abdulla Güldən ŞOK açıqlama: “Gələcəklə bağlı siyasət planım yoxdur”

Türkiyə prezidenti Abdulla Gül Kütahyada ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırır.

AzNews.az xəbər verir ki, suallara cavab verən prezident ilginc açıqlama verib. O, jurnalistlərə bildirib ki, mövcud şərtlər içərisində hazırda gələcəklə bağlı siyasət planı yoxdur: "Hazırda prezident olduğuma görə, bəzi mövzular haqqında açıq danışa bilmirəm. Ətrafımda olan siyasət adamları ilə müzakirə edəcəyim çox şeylər var. Türkiyənin gələcəyi parlaqdır".

Xəyalə Məmmədova
AzNews.az