Şəhər meri separatçıların əlində- VİDEO

Slavyanskda yerli icra strukturlarını ələ keçirən separatçılar şəhər merini girov saxlayırlar.

AzNews.az-ın məlumatına görə, Ukraynanın Donetsk vilayəti Slavyansk şəhər Şurasının binası qarşısında keçirilən mitinqdə çıxış edən separatçıların lideri Viyaveslav Ponamaryov mer Neli Ştepi girov saxladıqlarını etiraf edib: "Biz Neli İqorevnanı heç vaxt kiməsə qaytarmaq fikrində deyilik. O, bizim yanımızdadır. Neli Ştep normal vəziyyətdədir. Sadəcə onun səhhətində cərrahi əməliyyatdan sonra kiçik narahatlıq yaranmışdı. İndi özünü yaxşı hiss edir. O, vəzifəsini başqasının icrasına verilməsi ilə bağlı ərizə də yazıb. Bu onun səhhəti ilə bağlıdır".

Əhməd
AzNews.az