Putin Ukraynaya xəyanət edən admirala vəzifə verdi

Prezident Vladimir Putin Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) Rusiya tərəfinə keçən komandanına vəzifə verib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin əmri ilə kontr-admiral Denis Berezovski Rusiyanın Qara dənizdəki HDQ-nın komandan müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, D. Berezovski Ukrayna HDQ-nın komandanı olub. Rusiyanın Krımı ələ keçirilməsi ilə bağlı başladığı işğal siyasəti zamanı martın 2-də Ukraynaya xəyanət edərək, ruslar tərəfə keçib. Onun barəsində Ukrayna Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az