05:07
(077) 610-22-33

Rusiyadan Ukraynaya qarşı yeni təhdid

  • >
916 21 Aprel 2014 14:17 | Region


"Ukrayna bir neçə gün əvvəl əldə olunan Cenevrə razılaşmasını yerinə yetirmir". AzNews.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

S. Lavrov bildirib ki, Ukrayna qarşıdurmanın aradan qaldırılması üçün heç bir səy göstərmir: "Ukraynanın cənub-şərq vilayətlərində baş verənlərlə bağlı Cenevrədə əldə olunan razılaşmada dərhal tədbir görülməsi qərara alınıb. Lakin, baş verənlər onu göstərir ki, Kiyev hakimiyyəti ya ekstremistlərin qarşısını ala bilmir, ya da bunda maraqlı deyil. Silahsız insanları Pasxa bayramı gecəsi atəşə tutmaq həddi aşmaqdır".

Xatırladaq ki, aprelin 20-də ölkənin Donetsk vilayətinin Slavyansk şəhərində yerləşən hərbi keçid məntəqəsində silahlı qarşıdurma olub. Nəticədə bir nəfər ölüb və üç nəfər isə yaralanıb. Rusiya baş verənlərə görə Ukraynada fəaliyyət göstərən millətçi təşkilat olan "Pravıy sektor"u və rəsmi Kiyevi günahlandırıb.

Aydan Axundova
AzNews.az
Bağla X