Separatçılar “Luqansk Xalq Respublikası” yaratdı- VİDEO

Ukraynanın Luqansk vilayətinin yerli Təhlükəsizlik İdarəsinin binasını bir neçə gün əvvəl ələ keçirən separatçılar, yeni hökumət yaratdıqlarını bəyan ediblər.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, separatçılar bununla bağlı qərarı keçirdikləri mitinqdə açıqlayıblar.
Bu xəbərdən sonra mitinq iştirakçıları Rusiyanın dövlət himnini oxuyublar. Mitinqdə bildirilib ki, hazırda vilayətin rayonlarında qondarma "Luqansk Xalq Respublikası"nın seçkili orqanına nümayəndələrin müəyyənləşdirilməsi prosesi gedir.


Əhməd
AzNews.az