Oğlu Qarabağda ölən erməni it damında yaşayır - Video

Ermənistanın "Şirak Kentron" ictimai təşkilatı 25 ildən çoxdur ki, Gümrü şəhərində yarıuçuq müvəqqəti daxmalarda yaşayan yüzlərlə ailədən reportaj hazırlayıb. Onlar 1988-ci ildə Gümrüdə baş vermiş zəlzələdə evlərini itirənlərdir.

Virtualaz.org saytı epress.am saytına istinadən xəbər verir ki, Ermənistan hökuməti zəlzələdə evlərini itərən bu şəxsləri hələ də mənzillə təmin edə bilməyib. Üstəlik həmin uçuq daxmalarda yaşayan yüzlərlə ailənin adı heç mənzil növbəsinə də daxil edilməyib. Bu ailələrin mənzil şəraitini yaxşılaşdırmaq üçün heç bir proqram yoxdur.

Təşkilat 2009-cu ildə Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçərkən öldürülən erməni əsgərin atasının evindən reportajı yayıb. Kadrlardan görünür ki, hərbi xidmətdən buraxılmasına 15 gün qalmış öldürülən erməni əsgərin ailəsi it damından da betər uçuq tikilidə yaşayır.

Bu kadrlar Ermənistandakı acınacaqlı sosial-iqtisadi vəziyyəti bir daha nümayiş etdirir.



AzNews.az