Jirinovski yenə sərsəmlədi

LDPR lideri Vladimir Jirinovski Napoleon və Eynsteynlə ortaq kökləri olduğunu elan edib.

Jirinovski digər siyasətçilərdən də öz soy köklərilə marağlanmağa çağırış edib.

Millət vəkili bu məsələni prezident Vladimir Putinin də iştirak etdiyi Dövlət Şurasının iclası zamanı qaldırıb.

"Vladimir Vladimiroviç, mən öyrənmişəm ki, Albert Eynşteyn və Napoleonla eyni köklərim var " – deyə Jirinovski Amerika laboratoriyasında edilən məlumatların təhlilinə istinadən bildirib.

Jirinovski qeyd edib ki, bu iki şəxsə birbaşa olmasa da uzaqdan ümumi köklərlə qohumluğu var.

"Siz hansı ailədən, hansı tayfadan olduğunuzu öyrənin " – deyə Jirinovski Dövlət Şurasının iştirakçılarına təklif edib.

Jirinovski çıxışını bitirdiyi zaman Putin təbəssümlə "Yaxşı ki, söhbətinizi Napoleon kimi qurtarmadınız" sözlərini deyib.

Bu zaman yerdən Kommunist Partiyasının lideri Gennadi Zyuqanova müraciət edən Jirinovski:" Gennadi Andreyeviç , sizin hansı kökləriniz var?". "Kəndli " –deyə kommunistlərin lideri bildirib.

"Rusiyada əsrlər boyu " zyuqanovka "adlı buğda növü olub. Bunun üçün mən Napoleondan çox kəndçilərə yaxınam", - Kommunist Partiyasının Gennadi Zyuqanov qeyd edib.(ANS)