Donetskdə milis şöbəsinə basqın: Rəis girov götürüldü - Video

Ukraynanın cənub-şərq vilayətlərində vəziyyət yenə gərginləşib.

AzNews.az-ın məlumatına görə, silahlı separatçılar Donetsk vilayəti Kramatorski şəhər Milis Şöbəsini ələ keçiriblər. Separatçılar milis əməkdaşlarından tərkisilah olmalarını tələb ediblər. Daha sonra milis rəisi girov götürülərək, naməlum istiqamətə aparılıb. Bundan başqa ATƏT-in bölgədə tərəflər arasında vasitəçilik missiyasını həyata keçirən nümayəndələri separatçılar tərəfindən Slavyansk şəhərində girov götürülən kiyevli jurnalist İrmo Kratla görüşüblər.

Xatırladaq ki, jurnalist İrmo Krat Slavyanskidə reportaj hazırlayarkən, separatçılar tərəfindən Ukrayna xüsusi-xidmət orqanlarına casusluqda ittiham olunaraq, girov götürülüb.

Məhəmməd
AzNews.az