14:07
(077) 610-22-33

Naira Zoqrabyan: “Ermənistanın indiki reaksiyası arxadan atılmış daşa bənzəyir“

  • >
677 31 Avqust 2012 16:43 | Region

"Azərbaycan tərəfi bu ana kimi Səfərovun azad edilməsi üçün əlindən gələni edib"



Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasının katibi Naira Zorabyan Ramil Səfərovun azadlığa çıxması ilə bağlı açıqlama verib. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Naira Zoqrabyan bildirib ki, Ermənistanın indiki reaksiyası arxadan atılmış daşdan başqa bir şey deyil.

Naira Zoqrabyan "siz Ermənistan xarici işlər nazirliyində günah görürsünüzmü sualına"- bəli görürəm cavabı verib və əlavə edib ki, "Macarıstandakı səfirliyimiz bu məsələni diqqətdə saxlamalı idi. Amma bizim səfirliklərimiz genosidlə bağlı tədbirlərdə iştirak etməklə məşğuldurlar, yalnız o tədbirdən bu tədbirə getməyi peşə ediblər.

Amma Azərbaycan tərəfi bu ana kimi Səfərovun azad edilməsi üçün əlindən gələni edib". Zoqrabyan həmçinin bildirib ki, indiki şəraitdə Ermənistanın edə biləcəyi bir məsələ qalmayıb.

Sadiq
AzNews.az
Bağla X