20:48
(077) 610-22-33

Sarkisyan:“Göyçə gölündən bir damcı su da Azərbaycana getməyəcək”

  • >
1 511 23 Aprel 2014 21:48 | Region

"Göyçə gölündən bir damcı su da Azərbaycana getməyəcək".


AzNews.az anspress-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan bu gün Ermənistan Milli Akademiyasının iclasında bildirib. Erməni dövlətinin başçısı bu çıxışı ilə hökuməti kəskin tənqid etmiş akademik Rubena Crbaşyanın sözlərinə reaksiya verib.

Akademik hakimiyyəti tənqid edərək Göyçə (Sevan) gölünün problemlərini düzgün qiymətləndirməməkdə günahlandırıb: "İllər keçəcək, təmiz su neftdən baha olacaq". Onun sözlərinə görə, Sevandan buraxılan suyun yalnız 30 faizi ölkənin kənd təsərrüfatı üçün işlədilir, qalan sular Naxçıvana gedir.

Qeyd edək ki, son 20 ildə Göyçə gölünün səviyyəsi 10 metr düşüb. Əgər 1990-cı ildə gölün maksimum dərinliyi 90 metr idisə, hazırda dərinlik 80 metrə düşüb. Ermənilər gölün suyunu İrəvan çuxurundakı (Ararat vadisi) süni göllərdə balıq yetişdirilməsi və suvarma üçün sərf edirlər. Bu isə 10 ildən çoxdur ki, erməni alimlərini narahat edir.

AzNews.az
Bağla X