09:11
(077) 610-22-33

Macarıstandakı erməni icması Sarkisyanı biabır etdi

  • >
942 1 Sentyabr 2012 08:19 | Region

Rəsmi İrəvan Ramil Səfərovun Azərbaycana gətiriləcəyini 10 gün əvvəl bilirmiş


Ermənistan hakimiyyəti hələ avqustun 20 - dən Ramil Səfərovun Azərbaycana təhvil veriləcəyindən xəbərdar olub.

AzNews.az-ın məlumatına görə, bunu "Mediamaks" agentliyinə açıqlamasında Macarıstandakı erməni icmasınını prezidenti Aleks Avanesyan bildirib. Avanesyan "Biz öz mənbələrimizdən Ramil Səfərovun vətəninə ekstradasiya edilməsinə hazırlıq görüldüyü barədə məlumat almışdıq. Bu barədə Ermənistanın Macarıstandakı səfirliyini və Diasporla İş üzrə Nazirliyi məlumatlandırmışdıq. Biz onun Azərbaycana verilməsinin qarşısını almaq üçün hər şeyi etdik" deyə vurğulayıb.

Erməni icması Macarıstan parlamentinə və Ədliyyə Nazirliyinə öz etirazını bildirib:"Ermənistan xarici siyasət idarəsinin məsələyə müdaxiləsi vacib idi. Biz etməli olduğumuz hər şeyi etdik, amma dəstək almadıq".

E.Əlosmanqızı
AzNews.az
Bağla X