Macarıstanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiya davam edir Macarıstanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiya davam edir

Erməni gənclər Macarıstan səfirliyini yandırmağa cəhd etdilər

Macarıstanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiya davam edir


Macarıstanının Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Hayazn və Sargis Tkhruni tələbə təşkilatları səfirliyin önündəki Macarıstan bayrağını endirərək üzərinə xırda pul atıblar.

Erməni gənclər bununla göstərmək istəyiblər ki, Macarıstan Ramil Səfərovu Azərbaycana satıb. Daha sonra onlar macar bayrağını yandıraraq vətənpərvərlik mahnıları oxuyublar, " ar olsun sizə" "düşmənə ölüm" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, erməni gənclər sgfirliyin binasına od vurmaq istəsələr də, polis onlara mane olub.

Sadiq
AzNews.az