06:45
(077) 610-22-33

Erməni deputat Azərbaycan rəsmilərinə terror təhdidi etdi

  • >
1 857 3 Sentyabr 2012 09:08 | Region

Erməni dairələrinin Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirlməsinə etirazları artıq açıq təhdidlərlə müşayət olunur. Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri Artaşeş Qeqamyanın erməni mətbuatında və "Regnum" informasiya agentiliyndə yayılan məqaləsində də belə təhdidlər yer alıb.

Deputat məqaləsində ötən əsrin əvvəllərində qondarma "erməni soyqırımı"nda adları çəkilən azərbaycanlı və türk dövlət - ordu nümayəndələrinin taleyini xatırladıb: "40-dan artıq hərbi caninin erməni xalqının mühakiməsinə verilməsi qərara alındı. Heç kəsə qurtuluş nəsib olmadı. Camal Əzmi və Bahəddin Şakir Berlində öldürüldü.

Səad Hamil Romada, Behbud xan Cavanşir Konstantinopolda cəzalandırıldı. Ənvər Paşa Orta Asiyada, Fətəli xan Xoyski və Camal Paşa Tiflisdə öldürüldü. Bunlar formasına görə terror aktı, məzmununa görə isə erməni xalqının intiqamı idi. Qatili qəhrəmanlaşdıran abşeronlu siyasətçilər və onların arxasında dayananlar bu tarixi faktlardan dərs çıxarsalar yaxşıdır".

E.Əlosmanqızı
AzNews.az
Bağla X