05:32
(077) 610-22-33

Fransa erməniləri küçələrə çıxır

  • >
624 3 Sentyabr 2012 14:52 | Region

Ramil Səfərovun azad edilməsi dünya ermənilərini də məyus edib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Fransa Ermənilərinin Koordinasiya Şurası Parisdə irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır.

Verilən məlumata görə, aksiya Macarıstanın Fransadakı səfirliyi qarşısında keçiriləcək və onlar Ramil Səfərovun ekstradisiyasını qınayan bəyanatlar səsləndirəcəklər.

Şura həmçinin məlumatda qeyd edib ki, erməni soyqırımının 100 illiyi ilə bağlı da keniş aksiyalar təşkil olunacaq. Bununla belə aksiyaların dəqiq tarixi barədə hər hansı məlumat verilməyib.

Sadiq
AzNews.az
Bağla X