Ermənistanda hərbi zavod tikiləcək

1992-ci ildə keçmiş SSRİ-yə daxil olan 5 respublikanın birgə yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri öz ərazilərində hərbi zavod və müdafiə müəssisələrinin tikintisi ilə bağlı razılığa gəliblər.

Hərbi zavodlar Rusiya ərasizi ilə yanaşı Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistanda da tikiləcək. Hazirda Rusiya tərəfi layihənin reallaşması ilə bağlı sənədlərin hazırılığı üzərində iş aparır.

Bu barədə məlumatı "İzvestiya" qəzeti yazıb. Məlumata görə, yaxın zamanda hərbi təyinatlı müəssisələrin tikintisi ilə bağlı sənədləşdirmə prosesi başa çatdırılacaq. Məlumatı təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov da təsdiqləyib. Lakin mətbuat katibi bildirib ki, birgə hərbi müəssisələrin tikintisi ilə bağlı məsələ müzakirə mərhələsindədir.

E.Əlosmanqızı
AzNEWS.az