Nalbandyan “Qarabağ danışıqlarında qalırıq” dedi Nalbandyan “Qarabağ danışıqlarında qalırıq” dedi

Ermənilər ATƏT-i razı sala bilmədi

Nalbandyan “Qarabağ danışıqlarında qalırıq” dedi



Bu gün Nalbandyan argentinalı həmkarı Hektor Markosla birgə mətbuat konfransı keçirib. AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, Nalbandyan " Qarabağ danışıqlarından çıxa bilərsinizmi" sualına "xeyir" cavabı verib və bildirib ki, Ramil Səfərovun azad edilməsi onları Qarabağ danışıqlarından çıxmağa məcbur edə bilməz.

O, bununla belə qeyd edib ki, Ramil Səfərovun azad edilməsi faktı danışıqlara və regional sabitliyə mənfi təsirini göstərib ancaq Ermənistan danışıqlardan çıxmaq niyyətində deyil. O, bir azda irəli gedərək, "bu cür addımlar Azərbaycana xasdır" deməkdən də çəkinməyib.

Erməni XİN rəhbəri snayperlərin cəbhə xəttindən arxaya çəkilməsi məsələsinə də toxunub və Azərbaycanı Minsk qrupunun qərarlarına əməl etməməkdə ittiham edib. " Biz Minsk qrupunun snayperlərin çəkilməsi ilə bağlı qərarı ilə razılaşdıq ancaq Azərbaycan tərəfi razılaşmadı. Dünya birliyi Azərbaycana danışıqlarda avantürist siyasət aparmağa imkan verməməlidir".

Sadiq
AzNews.az