11:30
(077) 610-22-33

Serj Sarkisyandan ermənilərə şok qadağa

  • >
932 4 Sentyabr 2012 21:07 | Region

Macarıstan bayrağının yandırılması qadağan edildi



Sentyabrın 4-də Gümrüyə işgüzar səfər edən Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana təhvil verilməsinə etirazlara toxunub.

"Media forum" xəbər verir ki, jurnalistlərə açıqlamasında ictimaiyyətə və gənclərə səslənən Serj Sarkisyan onları Macarıstan bayrağını yandırmamağa çağırıb: "Macarıstan bayrağı nə hakim partiyanın, nə də baş nazirin bayrağıdır. Erməni xalqı yüz illərdir ki, macarlarla yaxşı münasibətdədir. Macarıstanın müstəqilliyi və azadlığı üçün erməni xalqının bir çox nümayəndəsi həlak olub. Bir şəxsin, bir partiyanın, bir hökumətin hərəkəti ermənilərlə macarlar arasında düşmənçilik oyatmamalıdır.

Biz etirazımızı ifadə etməliyik, amma dəyərlərimizi tapdalamamalıyıq. Biz ardıcıl, ehtiyatla, vəziyyəti qiymətləndirərək iş görməliyik". Erməni zabiti öldürmək ittihamı ilə 2004-cü ildə Macarıstanda tutularaq ömürlük həbs cəzası alan Ramil Səfərov bu il avqustun 31-də Azərbaycana təhvil verilib. Elə həmin gün Azərbaycana gətirilən zabit prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Avqustun 31-də Təhlükəsizlik Şurasının iclasını keçirən Serj Sarkisyan Macarıstan hökumətini Azərbaycanla sövdələşmədə günahlandırıb və bunun cavabsız qalmayacağını vurğulayıb.

Həmin gün ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə fövqəladə müşavirədə prezident qeyd edib ki, Macarıstanla bütün münasibətlər dayandırılır. Sentyabrın 1-də Ermənistan paytaxtı Yerevanda Ramil Səfərovun azadlığa buraxılmasına etiraz aksiyası keçirilib. Aksiyaçılar Macarıstan konsulluğu qarşısında da toplaşaraq bu ölkənin bayrağını yandırıblar. Bu cür aksiyalar sonrakı günlərdə davam edib.

AzNews.az
Bağla X