11:27
(077) 610-22-33

“Səhər” telekanalının işçisi azad olunmayıb

  • >
341 5 Sentyabr 2012 11:14 | Region

İranın "Səhər" telekanalının Bakı ofisinin jurnalisti Anar Bayramovun azadlığa buraxılması ilə bağlı məlumatlar təsdiqini tapmayıb.

AzNews.az-ın Xezerxeber.com-a istinadən verdiyi məlumata görə, jurnalistin vaxtından əvvəl azad edilməsi faktını onun qardaşı Yaşar Bayramov təsdiqləməyib. Y.Bayramov deyib: "Mən Anarın buraxıldığını mətbuatdan oxudum. Amma, bu, belə deyil. Anar buraxılmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir".

Qeyd edək ki, bu gün bəzi media vasitələri İranın "Səhər" telekanalının Bakı ofisinin jurnalisti Anar Bayramovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı xəbər yayıblar.

Xatırladaq ki, Anar Bayramlı 1980-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildən etibarən İranın "Səhər" telekanalının Bakı ofisində jurnalist kimi çalışan Anar Bayramlı fevralın 17-də həbs edilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunaraq, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin appelyasiya şikayəti nəticəsində 2 il həbs hökmü 1 ilə endirilmişdi.

AzNews.az
Bağla X