12:21
(077) 610-22-33

Rusiya Baş Prokurorluğu terror bəyanatı yaydı

  • >
572 5 Sentyabr 2012 11:20 | Region

"Rusiya ərazisində bu il baş verən 329 terror hadisəsinin 90 faizi Şimali Qafqazın payına düşür"



"Bu ilin əvvəlindən bəri Şimali Qafqazda keçirilən əməliyyatlarda 200 silahlı öldürülüb". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Baş Prokurorluğu açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiya xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı Şimalı Qafqazda qanunsuz silahlı dəstələrin 230 üzvü yaxalanıb.

Bütün Rusiya ərazisində bu il baş verən 329 terror hadisəsinin 90 faizi Şimali Qafqazda gerçəkləşib. Bölgədə baş verən terror zamanı hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı qətlə yetirilib, 200 nəfər isə yaralanıb.

Baş Prokurorluq terrorun ən çox Dağıstan Respublikası ərazisində baş verdiyini açıqlayıb. Dağıstanda baş verən terror aksiyalarında hüquq-mühafizə orqanlarının 60 əməkdaşı və 25 vətəndaş həlak olub.

AzNews.az
Bağla X