“Qarabağ müharibəsində ruslar Ermənistana Gürcüstandan daxil olacaqlar ” “Qarabağ müharibəsində ruslar Ermənistana Gürcüstandan daxil olacaqlar ”

Gürcü politoloqundan şok Qarabağ açıqlaması

“Qarabağ müharibəsində ruslar Ermənistana Gürcüstandan daxil olacaqlar ”



Dağlıq Qarabağ münaqişəsi yenidən alovlanarsa Gürcüstan neytral mövqe tutacaq. Bu barədə Gürcüstanın Stratejı və Beynəlxalq Araşdırmalar Fondunun rəhbəri, politoloq Aleksandr Rondeli bildirib.

Politoloq qeyd edib ki, rəsmi Tbilisi dünyada və regionda sabitliyin tərəfdarıdır: "Gürcüstan bölgədə hər hansı münaqişənin əlehinədir. İstəyirik ki, Cənubi Qafqazda sülh və sabitlik hökm sürsün".

Gürcüstanın Azərbaycan və Ermənistanla münasibətdə neytrallığını qorumasının mümkün olub-olmaması barədə sualı cavablandıran A.Rondeli hər şeyin ideal olmasının mümkün olmadığını vurğulayıb: "Ancaq bütün hallarda bizim ölkəmiz dövlət səviyyəsində neytral mövqe tutacaq".

Bu o deməkdir ki, Gürcüstan öz ərazisindən tranzit məqsədlə istifadəyə imkan verməməklə Ermənistanı Rusiyanın köməyindən məhrum qoyacaq. Bu məsələyə münasibətini bildirən politoloq da "Döğrudan da xoşagəlməz vəziyyətdir. Amma bir məqam var, əgər ruslar Ermənistana getmək istəsələr, hər şeyə tüpürərək bunu edəcəklər. Onları kim saxlayacaq?" deyə Rusiyanın Ermənistana məhz Gürcüstan vasitəsilə daxil olacağına işarə edib.

E.Əlosmanqızı
AzNews.az