Daxili Qoşunlar antiterror əməliyyatlarında effektiv hesab edilmir Daxili Qoşunlar antiterror əməliyyatlarında effektiv hesab edilmir

Rusiya Şimali Qafqaza qoşun yeridir

Daxili Qoşunlar antiterror əməliyyatlarında effektiv hesab edilmir



Şimali Qafqazdakı vəziyyət Rusiyanı narahat etməkdə davam edir. AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, artıq yuxarı dairələrdə hərbiçilərin antiterror əməliyyatlarına qoşmaq barədə müzakirələr aparılır.

Rusiya hakimiyyətinin yuxarı eşalonunda hesab edirlər ki, antiterror əməliyyatlarına Rusiya Daxili Qoşunlarının və Xüsusi Təyinatlıların cəlbi effektiv nəticə vermir. Bunun üçün əsalı səbəblər də var siyasi səbəblərdə. Əsaslı səbəblər ondan ibarətdir ki, Daxili Qoşunlar və Xüsusi təyinatlıların iştirakı ilə aparılan əməliyyatlar itki ilə nəticələnir.

Son bir ayda Şimali Qafqazda zabit və əsgər olmaqla 15 nəfər ölüb, 11 nəfər yaralanıb. Siyasi səbəblərə gəldikdə isə, ekspertlər hesab edirlər ki, İran ətrafında hadisələr isti məcraya yönələrsə Rusiyanın cənub sərhədləri boyu təhlükə yarana bilər və Rusiya hadisələrin istənilən inkişafına hazır olmalıdır.

Sadiq
AzNews.az