«Nə İran Rusiyadır, nə də Əhmədinejad Putin» «Nə İran Rusiyadır, nə də Əhmədinejad Putin»

Millət vəkilindən prezidentə sərt cavab

«Nə İran Rusiyadır, nə də Əhmədinejad Putin»


İran parlamentinin Rəyasət Heyətinin üzvü, millət vəkili Məhəmməd Dehqan parlamentin iclasında Əhmədinejadı kəskin tənqid edib. Prezidentin İran televiziyasındakı çıxışına münasibət bildirən deputat "İran Rusiya deyil, Əhmədinejad da Putin" deyə sərt reaksiya verib.

Əhmədinejad İran televiziyasında öz fəaliyyəti haqqında danışarkən aparıcının "hökumətin son ilidir" sözlərinə sərt dillə müdaxilə edib: "Kim deyir hökumətin son ilidir?" deyən prezident bununla ölkə mətbuatında müzakirələrin başlamasına səbəb olub.

Məsələ burasındadır ki, İran qanunvericiliyinə əsasən iki dəfə 4 il müddətinə prezident seçilmək mümkündür. Buna görə də Əhmədinejad üçüncü dəfə prezidentliyə iddialı ola bilməz. Lakin prezidentın müsahibə zamanı rəhbərlik etdiyi hökumətin son ilinin olmasına dair sualı qəzəblə qarşılaması onun yenidən ölkəyə rəhbərlik etmək niyyətində olduğunu ortaya qoyub.

Bəzi məlumatlara görə Əhmədinejatın müşaviri İsfəndiyar Rəhimi Məşayi prezidentliyə namizədliyini irəli sürəcək. Lakin prezidentin dəftərxanasından bu məlumat təkzib edilib.

Alpər
AzNews.az