“Osetiya – Azad Meydan” partiyası yaradılıb

Gürcüstandan ayrılmış Cənubi Osetiyada ötən ilki prezident seçkisində diskvalifikasiya edilmiş qalib Alla Jioyeva öz yeni siyasi partiyasını qeydiyyatdan keçirib. Jioyevanın partiyası "Osetiya – Azad Meydan" adlanır.

Jioyevanın qalib gəldiyi prezident seçkilərinin nəticəsi Ali Məhkəmənin qərarı ilə etibarsız hesab edilmişdi. Cənubi Osetiya Gürcüstandan 1990-cı illərdə ayrılıb.

Rusiya 2008-ci ildə Gürcüstan ilə qısa müharibədən sonra onu müstəqil dövlət kimi tanıyıb.

AzNews.az