- Köhnə - Region
- 7 Sentyabr 2012 10:39
- 2 914
Urmu gölünə Arazdan su axıdılması layihəsinə pul ayrılmır
Layihələrin Kənd Təsərrüfatı Nazirliyi və Su İdarəsi tərəfindən icra edildiyini deyən Abbasnejad bildirib ki, Urmu gölünün 70 faizi quruyub və ərazisinin 300 ha-ı şoranlığa çevrilib. Bu isə gölün durumunun bərbad olmasını göstərir: "Layihələrin icrası sürətlənməsə durum daha da ağır olacaq".
Məlumat üçün bildirək ki, Urmu gölünün qurumasının qarşısının alınması üçün uzun illər hökumət tərəfindən heç bir ciddi addım atılmayıb. Nəticədə gölüm flora və faunası məhv olub. Nəhayət İran və Ermənistan qurumaq həddində olan Urmu gölünün bərpası ilə bağlı əməkdaşlıq barədə razılığa gəliblər. İran tərəfi transsərhəd Araz çayının suyundan gölə su vurulması barədə erməni tərəfi ilə razılıq əldə edib.
Urmu gölünün quruması ilə bağlı hökumətin siyasətinə etiraz edən çix sayda güneyli siyasi fəal həbs edilib. Azərbaycan parlamentinin üzvləri Qənira Paşayeva, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, İqbal Ağazadə məsələ iə əlaqədar İran tərəfinə etirazlarını bildirib.
Gölün quruması bölgəyə böyük ekoloji fəlakət vəd edir. Belə ki, yaranan duz fırtınaları bölgənin əkin sahələrinə böyük ziyan vurur.
Alpər
AzNews.az