03:32
(077) 610-22-33

İran mühacirlərinin 60 faizi Azərbaycan türkləridir

  • >
286 7 Sentyabr 2012 12:27 | Region

İran vətəndaşları arasında xarici ölkələrə mühacirət edənlərin sayı artır. Bu ölkənin Əhalinin Qeydiyyatı İdarəsinin rəis müavini Mohsen Kərəmi "Mehr" xəbər agentliyinə bildirib ki, mühacir iranlıların çoxu ABŞ-da yaşayır. Mühacir iranlılar əsasən inqilabından sonra bu ölkəni tərk ediblər.

Mühacirət səbəbləri arasında siyasi düşüncə fəqri, eləcə də etnik və dini kimlik əsas yer tutur. İrandan xarici ölkələrə mühacirət edənlərin 60 faizə yaxını Azərbaycan türkləridir. Onlar əsasən ABŞ, Kanada, Avropa Birliyi ölkələrində, Türkiyədə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikasına mühacirət edirlər. Azərbaycan Respublikasına mühacirət edənlər arasında sonradan daimi yaşayış üçün Avropa Birliyi və ya Amerikanı seçənlər çoxluq təşkil edir.
Məlumat üçün bildirək ki, hazırda Amerikada 1 milyon 400 min keçmis İran vətəndaşı yaşayır. İkinci yerdə BƏƏ-dir ki, 800 min iranlıya ev sahibliyi edir. Böyük Britaniya və Kanada 410 min, Almaniyada 200 min, Fransada 155 min, İsveçdə 110 min İran vətəndaşı var.

İranlı mühacirlər əsasən İran inqilabından sonra bu ölkəni tərk ediblər. Onlardan bir çoxu siyasi düşüncəsinə görə digərləri isə etnik və dini kimiliyinə görə ölkəni tərk edib. İrandan xarici ölkələrə mühacirət edənlərin 50-60 faizi Azərbaycan türkləridir. Onlar əsasən ABŞ, Kanada, AB ölkələri, Türkiyə, BƏƏ və Azərbaycana mühacirət edirlər. Azərbaycan respublikasına səfər edənlərin çoxu sonradan bu ölkəni tərk edərək AB və ya Amerika ölkələrinə gedir.

Alpər
Aznews.az
Bağla X