03:30
(077) 610-22-33

Rumınya erməniləri də etiraz etdi

  • >
487 7 Sentyabr 2012 12:46 | Region

Aksiya Buxarestdəki Macarıstan səfirliyi qarşısında təşkil olunub


Ruminiyadakı erməni icması Ramil Səfərovun ekstradisiyasına etiraz əlaməti olaraq paytaxt Buxarestdə aksiya keçiriblər. AzNews.az-ın panarmenian saytına istinadən verdiyi xəbərə görə, Macarıstan səfirliyi qarşısında keçirilən aksiyada daha çox bu ölkə əleyhinə şüarlar səsləndirilib. Aksiyaçılar Macarıstan hökumətini ermənilərə xəyanət etməkdə suçlayıblar.

Daha sonra aksiya Buxarestdəki erməni kilsəsi qarşısında davam etdirilib. Aksiyaçılar kilsə önünə toplaşıblar və kilsənin zəngi rəmzi olaraq bir neçə dəfə çalınıb. Onlar " hamımız Qurqen Marqaryanıq", "ar alsun macar hökumətinə" kimi şüarlar səsləndiriblər.

Sadiq
AzNews.az
Bağla X