David Camalyan: “Dağlıq Qarabağ bufer zona elan edilməlidir”

Erməni ekspert David Camalyan Ramil Səfərovun ekstradisiyası ilə bağlı açıqlama verib. AzNews.az-ın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, David Camalyan bildirib ki, "Dağlıq Qarabağ, indiki ərazisi saxlanılmaqla bufer zona elan edilməlidir və bu, Ermənistanın strateji təhlükəsizliyi üçün vacibdir".

O, Həmçinin bildirib ki, Səfərovun ekstradisiyasının müharibə ehtimalını artırdığı fikirlərlə razı deyil. " Yeni müharibənin başlanması üçün güc balansı pozulmalıdır. Ancaq nə Dağlıq Qarbağ nə də Ermənistan ordusunda tənəzzül müşahidə olunmur, əksinə günü- gündən güclənir". Erməni hərbi ekspert odunun gücünə misal kimi, cəbhə xəttində uğurlu əməliyyatları da göstərib.

Sadiq Musa
AzNews.az