Gürcüstanda heyvanlarla bağlı qərar

Gürcüstanın paytaxtı Tiflis şəhərində it boğuşdurmaq qadağan edilib. "İnterfaks" agentliyinin məlumata görə, şəhər qanunverici orqanında qəbul edilən it və pişiklərə baxım haqqında sənəddə bu müddəa da yer alıb. Bundan əvvəl də Tbilisidə itləri döyüşdürmək qadağan olunsa da, qanunsuz döyüşlərin keçirildiyi məkanlar olub. İndiki halda isə döyüş təşkilatçılarını cəzalar gözləyir.

Yeni qaydalar heyvan sahiblərinin it və pişiklərlə birgə ictimai yerlərə getməsini məhdudlaşdırır ki, bura apteklər, mağazalar, xidmət sahələri daxildir. Heyvanların ölümü barədə xüsusi klinikalara və meriyanın əlaqədar qurumlarına məlumat vermək tələb olunur. İt və pişiklər Tiflisdə onlar üçün xüsusi ayrılan yerlərdə dəfn olunacaq.

E.Əlosmanqızı
AzNews.az