İran buludlara görə beynəlxalq məhkəməyə üz tutacaq

İran prezidenti Mahmud Əhmədinejad son illərdə ölkədə hava şəraitinin quraq keçməsinə işarə edərək bunu "düşmən əməlləri adlandırıb: "Düşmən bizim ölkəyə tərəf gələn buludları dağıdır. Bu isə bizə qarşı müharibə deməkdir. Amma biz bu müharibədə qalib gələcəyik".

AzNews.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, prezident son illərin quraqlığını düşmənin buludların qarşısını qəsdən alması ilə əlaqələndirib: "Bu versiya öz təsdiqini tapıb və İran bununla bağlı beynəlxalq məhkəməyə müraciət edəcək".

İran prezidentinin sözlərinə görə, bir sıra ölkələr yağış yağdıran buludları İrana gəlmədən əvvəl yüksək texnologia ilə boşaldır və beləliklə buludlar İrana çatmadan məhv olur.

Alpər
AzNews.az