Bölgədə daha bir hərbi təlim

Türkiyə ilə Gürcüstan qısa müddətli hərbi-dəniz təlimlərinə başlayıb. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, hərbi dəniz təlimləri Gürcüstanın daxili sularında təşkil edilib.

Təlimdə məqsəd tərəflər arasında təcrübə mübadiləsi aparmaq və qaçaqmalçılıqla birgə mübarizə tədbirlərini gücləndirməkdir.

Sadiq
AzNews.az