Putin və Medvedyev nazirlərlə birgə Krıma gedir

Rusiya Federasiyasının rəhbərliyində təmsil olunan bütün birinci şəxslər Krıma səfər edəcək.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, gələn həftə prezident Vladimir Putin başda olmaqla, baş nazir Dmitriy Medvedyev və Nazirlər Kabinetinin üzvlərinin bu yarmadaya səfəri başlayır.

Hökumətdəki mötəbər mənbə bildirib ki, avqustun 12-dən Krıma Dövlət Dumasının 20-yə yaxın deputatı, Olimpiya Komitəsinin rəhbərliyi, avqustun 14-dən sonra isə ölkə prezidenti və Nazirlər Kabineti səfər edəcək.

Səfər zamanı Rusiya rəhbərliyi yerlərdə vətəndaşlarla görüşlər təşkil edəcək, mövcud problemlərlə maraqlanacaqlar.

Məhəmməd
AzNews.az