Şirazda 3 nəfər əhalinin gözü qarşısında asıldı

Avqustun 3-dəİranın Şiraz şəhərində zorlama və silahlı oğurluqda ittiham edilən 3 məhbus əhalinin gözü qarşısında asılaraq edam edilib. Onlar ötən il (şəhrivər ayında) təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Şirazın inqilab məhkəməsində edam cəzasına məhkum edilib.

Məlumata görə, edam edilən məhbusların 46 nəfər şikayətçisi olub. Onların hər üçü də çoxsaylı insanın gözü qarşısında edam edilib.(GünAz TV:)

AzNews.az