Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha müraciət edib. Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha müraciət edib.

Dilqəm Əsgərovun ailəsi Putinə məktub ünvanladı

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha müraciət edib.

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə iki ölkənin prezidentlərinin Soçi görüşündə bu problemin, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasına və Həsən Həsənovun meyidinin qaytarılmasını müzakirə və həll etmələrini xahiş ediblər.

Eyni zamanda Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.

Görüşdə Ə.Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə bildirib ki, meyidin və girovların qaytarılması məsələsini Xankəndi ofisi ilə birlikdə daimi nəzarətdə saxlasınlar və bu sahədə öz fəaliyyətlərini gücləndirsinlər.

Dövlətqaçqınkom bir daha bildirir ki, bütün bu məsələlər ilk gündən Ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir və bununla bağlı aparılan işlər haqqında mütəmadi məlumatlar verilir.
Görüşdən sonra Ə.Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.

AzNews.az