Marneulidə Rusiya-Gürcüstan müharibəsinin 6-cı ildönümü qeyd edilib

Marneulidə 2008-ci ilin avqustun 8-də baş verən Rusiya-Gürcüstan müharibəsinin 6-cı ildönümü qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin gün Gürcüstanın bir çox şəhərlərindəki hərbi bazaların əraziləri, o cümlədən Marneulidəki hərbi baza da bombalanıb, insanlar ölüb və xəsarət alıblar.

Marneulidə Avqust müharibəsinin 6-cı ildönümü tədbirində Marneuli icra hakimiyyətinin başçısı Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və digər rəsmi şəxslər, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri iştirak edib. M. Topçişvili Marneulidəki hərbi bazanın bombalanması zamanı həlak olan ailələrə birdəfəlik olaraq 500 lari məbləğində kömək edəcəyinə söz verib.

Məlumata görə, Avqust müharibəsində 228 dinc sakin, 170 hərbçi və 14 polis həlak olub, 8 əsgər itkin düşüb,150 mindən çox insan ev-eşiyini məcburi tərk edib, 30 min əhali indiyədək köçkün həyatı yaşayır.

AzNews.az