AKP artıq qələbəni qeyd edir

Türkiyədə səslərin çoxunun hesablanmasından sonra artıq AK partiyası qələbəni qeyd etməyə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, partiyanın yerləşdiyi binanın qarşısında baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışının hazırlıqları gedir. Eyni zamanda binanın önündən "Son sözü millət söylədi, Türkiyə qazandı!" cümləsi yazılmış plakat da asılıb.

AzNews.az