Poroşenko Ərdoğanı təbrik edib və Ukraynaya dəvət edib

Ukrayna prezidenti Pyotr Poroşenko Rəcəb Tayyib Ərdoğanı Türkiyənin tarixində ilk dəfə ümumxalq səsvermə yolu ilə keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, telefon bağlantısı zamanı Ərdoğan Donbasdakı vəziyyətlə maraqlanıb və regionda sülhün və əmin-amanlığın bərpa edilməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu bildirib.

Ukrayna prezidenti, öz növbəsində, Türkiyənin yeni seçilmiş prezidentini Ukrayanya rəsmi səfərə dəvət edib.

AzNews.az