Vladimir Putin Krıma səfər etdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə Krıma səfər edib.

AzNews.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Putin yarımadaya ikigünlük səfərinə Sevastopol şəhərindən başlayıb.

Sevastopola səfər çərçivəsində Rusiya prezidenti bu gün Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək.

Bu, Krımın 2014-cü ili martında Rusiyaya birləşdirilməsindən sonra, Putinin yarımadaya ikinci səfəridir.

V. Putin avqustun 14-də Yaltaya da səfər edəcək, orada "Mriya" kurort kompleksinin tikintisi ilə tanış olacaq.

Rusiya prezidentinin Çexovun Ev Muzeyinə baş çəkəcəyi də gözlənilir.

AzNews.az