Ruslarla ermənilər hərbi təlimə hazırlaşır

Rusiya hərbi bazasının cənub hərbi dairəsinin və Ermənistan Silahlı qüvvələrinin hərbçiləri birgə taktiki təlim keçirəcək.

ANS PRESS-in məlumatına görə, təlimin Ermənistanda yerləşən "Alağöz" tədris təlim kompleksində keciriləcəyi bildirilir.

Rusiyanın cənub hərbi dairəsinin mətbuat xidmətinin verdiyi məlumata görə təlim bir neçə etaplarda baş tutacaq.

İlk öncə döyüş atışı dərsi keçiriləcək. Bu mərhələdə 1000-dən çox hərbi qulluqçu və 300 xüsusi hərbi texnika iştirak edəcək.

İkinci etapda hərbçilər dəniz səviyəsindən 2200 metr hündürlükdə şərti düşmənin hücümlarının qarşısını almağı və aviasiyadan, kütləvi qırğın silahlarından necə qorunmağın yollarını arayacaqlar.

Təlimdə hər iki tərəfin muasir hərbi texnikası iştirak edəcək. Hərbçilər BMP, BTR, tank, özü yeriyən artileriya qurğusu, hava hücümündan müdafiə sistemi, iri çaplı avtomatlar, pulemyot və mina atanlardan düşməni necə məhv etməyi öyrənəcəklər.

Xatırladaq ki, təlimdə həmçinin "Zastava" və "Navodçik 2" pilotsuz təyyarələrinin çəkdiyi şəkillər qərargah tərəfindən diqqətlə nəzərdən keçiriləcək.

Qeyd edək ki, Rusiya Federasiyasının Ermənistanda yerləşən hərbi bazasının keçirdiyi bu təlim ildə iki dəfə baş tutur.

AzNews.az