Qeysəriyyə əməliyyatına qadağa- VİDEO

İran İslam Respublikasının İslam Şurası Məclisi tərəfindən ölkədəki əhalinin sayını artırmaq məqsədilə yeni bir qərar verilib.

ANS TV-nin məlumatına görə, ölkənin dövlət xəstəxanalarında uşaqların təbii yolla doğumu pulsuz olacaq. Eyni zamanda dövlət tərəfindən müxtəlif dəstəyin verilməsi də nəzərdə tutulacaq. Həmçinin bu dəstəklə yanaşı gənc cütlüklərə faizsiz kreditlərin də verilməsi nəzərdə tutulub.

Bu qərara əsasən dövlət xəstəxanalarında qeysəriyyə əməliyyatı dayandırılacaq və bu üsulla doğum yalnız özəl və şəxsi xəstəxanalarda davam etdiriləcək. Hətta bundan əvvəl mövcud olan və ölkədə əhalinin artımını sabit saxlayan qanunlar da qüvvədən düşmüş hesab olunacaq.

Həkim Əli Azərimin sözlərinə görə, "Bizim xəstəxanada qadınların bir çoxu qeysəriyyəyə maraqlıdırlar. Bizdə ayda 200-300 doğum halı baş verir ki ki, bunların çoxu qeysəriyyə istəyirlər".

Digər bir tərəfdən ötən illər ərzində ailələrdə hakim olan bir uşaq düşüncəsi istiqamətində, gənc cütlüklərin çoxu bir uşaqla kifayyətlənirlər və bundan artıq uşağın olmasını istəmirlər.

Tehran sakini Siavaş Sorena deyir ki, "Bizim bu günkü şəraitdə bir uşaq böyütmək çətindir. Bu gün bəlkə dövlət dəstək versə, amma bu dəstək yalnız doğumda olacaq və ondan sonra həm ailələrə, həm də uşaqların həyatında problem yaradılacaq. Məncə bir uşağın olması daha yaxşıdır".

İranin Ali Dini Lideri Ayətullah Əli Xamneyi də bir neçə dəfə ölkədəki əhali artımının sürətlə azalmasını tənqid edib və bunun qarşısının alınmasını istəyib.



AzNews.az