Qadın polisi dişlədi və ... öldü

Rusiyanın Kareliya vilayətində qadın polis əməkdaşını dişlədikdən dərhal sonra vəfat edib.

İnterpress.az xəbər verir ki, hadisə şossedə baş verib. Polis əməkdaşı yolun ortasında sərxoş vəziyyətdə xoşagəlməz hərəkətlər edən bir qrupa yaxınlaşıb.

Lakin dəstənin üzvlərindən biri- orta yaşlı qadın onlara irad bildirən polisin üstünə hücum edərək onu dişləyib.

Bundan sonra həmin qadın bir neçə metr aralıda yerə yıxılaraq ölüb.

Ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

AzNews.az