Ruhaninin azərbaycanlı xanıma təbriki İranı qarışdırdı

İran prezidenti Həsən Ruhani dünyada riyaziyyat üzrə Fields Medalına layiq görülən ilk qadın Məryəm Mirzəxanini təbrik edib.
AzNews.az-ın Azvision.az-a istinadən məlumatına görə,

H.Ruhani İranda anadan olmuş azərbaycanlı xanımın açıq və örtüklü şəklini paylaşaraq təbrik edib:

"Filds medalını qazanan ilk qadın olan Məryəm Mirzəxani təbriklər, biz iranlıları çox qururlandırdın".

İran prezidentinin M.Mirzəxaninin örtüksüz şəkilini paylaşması bəzi saytlarının hədəfinə tuş gəlib. Ruhaninin bu addımı sosial şəbələrdə etirazlara səbəb olub.

Ruhaninin rəsmi internet saytında yer alan təbrik mesajında isə M.Mirzəxaninin hər hansı şəkilində istifadə edilməyib.

Qeyd edək ki, İranda anadan olmuş, azərbaycanlı Stanford Universitenin professoru Məryəm Mirzəxani 1936-ci ildən indiyədək riyaziyyat sahəsində Nobel mükafatına bərabər sayılan qızıl fields Medalına layiq görülən ilk qadındır.

AzNews.az