07:58
(077) 610-22-33

Ukraynanın şərqində qızğın döyüşlər davam edir

  • >
937 15 Avqust 2014 20:24 | Region

Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalmaqdadır.

APA-nın "UNN"ə istinadən verdiyi xəbərə görə, Antiterror Əməliyyat Qüvvələri Rusiya ərazisindən də intensiv atəşə məruz qalır. Ukrayna hərbçilərinin əsas səyləri strateji əhəmiyyətli istiqamətlərdə yerləşən yaşayış məntəqələrinin nəzarətə alınmasına yönəlib. Məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin məlumat mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.

"Antiterror əməliyyat zonasında – Donetsk, Luqansk, Qorlovka, Pervomaysk, Şaxtyorsk, Torez, Popasnaya, Krasnıy Luç, İlovaysk yaşayış məntəqələri istiqamətində döyüşlər davam edir. Daha qızğın döyüşlər Ukrayna ordusunun Şaxtyorsk, Novosvetlovka və Xryaşevatoye yaşayış məntəqələri yaxınlığında nəzarətə aldığı strateji əhəmiyyətli N-21 və M-04 magistral şoseləri uğrunda müşahidə edilir. Bu yollar Donetsk və Luqansk şəhərləri və Rusiya muzdlularının nəzarəti altında olan ərazilər arasında əlaqəni təmin edir.

Antiterror Əməliyyat Qüvvələrinin uğurlu hücumu nəticəsində Donetsk vilayətinin Mospino rayonunda bir neçə silahlı dəstə mühasirəyə alınıb. Qızğın döyüşlər, həmçinin, Luqansk vilayətinin Pavlovka kəndi yaxınlığında gedir.

Operativ məlumata əsasən, hazırda terrorçular Donetsk vilayətinin Xartsızka yaşayış məntəqəsinə "Qrad" qurğularından zərbələr endirir", deyə Lısenko bildirib.

AzNews.az
Bağla X