09:43
(077) 610-22-33

Türkiyə səfirliyinə hücum edən erməninin görüntüləri yayıldı - Video

  • >
895 18 Avqust 2014 17:52 | Region

Bu gün səhər saatlarında Türkiyənin Moskvada yerləşən səfirliyinə hücum edən şəxsin kimliyi bəlli olub.


Axar.az xəbər verir ki, hücum edən şəxs Ermənistan vətəndaşı Artur Mirzoyandır.

Araşdırmalar nəticədində məlum olub ki, Mirzoyan "Dobrıy Les" şirkətinin baş direktoru vəzifəsində çalışır.

Onu da bildirək ki, Mirzoyanın hücumu səbəbi də məlum olub.
Moskva Milli Təhlükəsizlik idarəsinin əməkdaşının "İTAR-TASS"-a verdiyi məlumata görə, hücuma səbəb bir müddət öncə Qarabağda yaşanan gərginlik olub.

Xatırladaq ki, Ermənistan vətəndaşı Mirzoyan bu gün səhər saatlarında Moskvanın Hamovniçeskiy bölgəsində yerləşən səfirlik binasına MSI ov tüfəngi ilə iki atəş açıb.

Hadisə nəticəsində yaralanan olmayıb.


Türkiye Moskova Büyükelçiliği'ne saldıran... apocank

AzNews.az
Bağla X