Rusiya “Boeing 777”-yə görə hesabat tələb edəcək

Rusiya Ukraynanın şərqində Malayziya Hava Yollarına məxsus "Boeing 777" təyyarəsinin müəmmalı şəkildə qəzaya düşməsinə görə hesabat tələb etməyi planlaşdırır. Modern.az saytı rus mətbuatına istinaən xəbər verir ki, bu belə bəyanatla Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin çıxış edib. O bildirib ki, Rusiya buna görə 2166 saylı qətnamənin reallaşdırılmasına çalışır.

V. Çurkin vurğulayıb ki, təyyarə qəzasından bir ay vaxt keçib. Onun sözlərinə görə BMT-nin Təhlükəsizlik Şurası qurumun baş katibinin sənədin 13-cü paraqrafına uyğun olaraq hesabat verməsini güman edir.
Qeyd edək ki, iyul ayının 17-də Ukraynanın şərqində, Donetsk vilayətində Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən "Boeing 777" təyyarəsi qəzaya uğramışdı. Hadisə nəticəsində təyyarədə olan 298 nəfərin hamısı ölmüşdü. Hadisədən sonra Qərb və Ukrayna hakimiyyəti təyyarənin ruspərəst separatçılar tərəfindən vurulduğunu iddia etsə də, Rusiya bunu təkzib edib. Rəsmi Moskva hadisəyə görə Ukraynanın məsuliyyət daşıdıığını bəyan etmişdi.

Təyyarənin "qara qutusu" ekspertiza üçün hazırda Böyük Britaniyadadır.

AzNews.az