15:29
(077) 610-22-33

Abdullah Gül: “Əhməd Davudoğlu uğurlu baş nazir olacaq”

  • >
841 20 Avqust 2014 08:00 | Region

Türkiyənin səlahiyyət müddəti sona çatan prezidenti Abdullah Gül vida mərasimində ölkənin növbəti baş nazirinin adını açıqlayıb.


AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Abdullah Gül bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək.

Onun sözlərinə görə, Əhməd Davudoğlunun uğurlu baş nazir olacağına inanır.

A.Gül hakim Ədalət və İnkişaf Partiyasının qurultayının prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcəyini də qeyd edib.

O, prezidentlik səlahiyyəti müddəti sona çatdıqdan sonra İstanbula köçəcəyini də deyib.

Məhəmməd
AzNews.az
Bağla X