- Köhnə - Region
- 20 Avqust 2014 09:55
- 5 095
PKK Türkiyəyə qarşı yenə fəallaşdı - Bir türk zabiti şəhid oldu
Türkiyənin Van bölgəsində PKK yaraqlıları hərbçilərə silahlı basqın edib.
AzNews.az-ın məlumatına görə, bölgənin Saray rayonu ərazisində sərhəd bölgədə xidmət aparan hərbçilər PKK yaraqlıları tərəfindən pusquya salınıb.
İriçaplı silahlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 leytenant şəhid olub, 1 əsgər isə yaralanıb.
Hadisə Türkiyə-İran sərhədi yaxınlığındakı Yamanyurt kəndi ərazisində baş verib.
Ərazidə irimiqyaslı əməliyyat başlanılıb.
Məhəmməd
AzNews.az