Gürcüstanın baş naziri Ermənistana gedir

Gürcüstanın baş naziri İrakli Qaribaşvili 21-22 avqust tarixlərində Ermənistana rəsmi səfər edəcək.

ANS PRESS-in məlumatına görə, İrakli Qaribaşvili Ermənistan prezidenti Serj Sarkisyanla və öz kolleqası baş nazir Ovik Abramyanla görüşəcək.

Görüşlərin gedişatında siyasi və iqtisadi məsələlər müzakirə ediləcək. Xüsusi ilə Gürcüstan və Avropa Birliyi arasında assosasiya sazişi imzalanması və Ermənistanın Gömrük İttifaqına üzvlüyündən sonra yaranan ziddiyyətli məsələlər müzakirə olunacaq.

Bundan başqa, Ermənistan tərəfi 1 sentyabrdan Gürcüstanla viza rejimini ləğv etmək niyyətindədir. Bu məsələnin də görüşlər zamanı gündəmə gələcəyi gözlənilir. Bununlada 2014-cü ilin sentyabr ayından etibarən Gürcüstandan Ermənistana və əks istiqamətdə gedən əcnəbilər viza almaq öhdəliyindən azad olacaqlar.

AzNews.az